Cənubi Koreya və ABŞ birgə əks atəş təlimi keçirir

2025/01/1737177599.jpg
Oxunub: 488     15:30     18 Yanvar 2025    
Cənubi Koreya və ABŞ Şimali Koreyanın bölgədəki “eskalasiya” fəaliyyətlərinin qarşısını almaq məqsədilə birgə əks atəş təlimi keçirir.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya və ABŞ paytaxt Seul yaxınlığında üç gün davam etməsi planlaşdırılan hərbi təlimləri davam etdirir.

Şimali Koreyanın Seul ətrafındakı bölgəni hədəf alan “artilleriya təhlükəsi”nin qarşısını almaq məqsədi daşıyan təlimdə 250-yə yaxın Cənubi Koreya və ABŞ hərbi qulluqçusu iştirak edir.

Hərbi qulluqçuların müşahidə və ağır silahların kompleks istifadəsi ilə bağlı hazırlıq keçdiyi təlimdə “Şimali Koreyanın müharibəyə səbəb ola biləcək raket təhdidləri” mövzusunda simulyasiyalar üzərində birgə iş aparılıb.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya arasında ilk birgə əks atəş təlimi 1994-cü ildə keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin