“Lockheed” 30-cu modernləşdirilmiş F-16 “Viper” döyüş təyyarəsini Yunanıstan HHQ-yə təhvil verib

2025/01/2025--1737095260.jpg
Oxunub: 697     11:40     18 Yanvar 2025    
“Lockheed Martin” 30-cu modernləşdirilmiş F-16 “Viper” döyüş təyyarəsinin Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Lockheed Martin” rəsmi “X” hesabında etdiyi paylaşımda F-16 “Viper” döyüş təyyarələri ilə bağlı yeni bir inkişaf elan edib.

Bu çərçivədə şirkət Yunanıstanın F-16 modernləşdirmə proqramı çərçivəsində 30-cu təyyarənin Yunanıstan HHQ-yə təhvil verildiyini açıqlayıb.

Sözügedən modernləşdirmə proqramı ilə 84 döyüş təyyarəsi modernləşdiriləcək.

Qeyd edək ki, əvvəlki tədarüklər ötən ilin sentyabrında həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Yunanıstan  


Bizi "telegram"da izləyin