Cənubi Koreya daha 2 hərbi casus peykini orbitə buraxacaq

2025/01/1737094989.jpg
Oxunub: 510     15:22     18 Yanvar 2025    
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, ölkə bu il daha 2 hərbi casus peykini orbitə göndərməklə, Şimali Koreyadan gələn təhdidləri daha yaxşı izləmək üçün addımlar atacaq.

Ordu.az xəbər verir ki, nazirlik Cənubi Koreyanın bu il 5 hərbi peykin orbitə çıxarılması proqramının bir hissəsi olaraq ötən ay üçüncü casus peykini uğurla buraxmasından sonra 2025-ci il üçün siyasət hədəfləri çərçivəsində daha 2 buraxılış həyata keçirəcəyini bildirib.

Peyk proqramının Cənubi Koreyanın Şimali Koreya ilə bağlı ABŞ-nin peyk görüntülərindən asılılığını azaltmağa və Seulun müstəqil müşahidə imkanlarını artırmağa kömək edəcəyi gözlənilir.

Cənubi Koreya ilk casus peykini 2023-cü ilin dekabrında, ikincisini isə ötən ilin aprel ayında kosmosa göndərib. 5 peykin hamısı orbitdə olduqdan sonra ölkənin hər iki saatdan bir Şimali Koreyanı izləyə biləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Peyk  


Bizi "telegram"da izləyin