ABŞ-nin A-10 təyyarələri İtaliyada qapalı qalıb

2025/01/1737019006.jpg
Oxunub: 547     14:55     18 Yanvar 2025    
ABŞ Milli Hava Qvardiyasına məxsus 6 ədəd A-10C “Thunderbolt II” hücum təyyarəsi noyabr ayından etibarən İtaliyanın “Naval Air Station Sigonella” bazasında ehtiyat hissələrinin təmin edilməsini gözləyir.

Ordu.az xəbər verir ki, 2024-cü il noyabrın 12-də İtaliyaya çatan 12 ədəd A-10-dan 6-sı Yaxın Şərqdəki missiyalarını başa vurduqdan sonra səyahətinə davam edərkən, digər 6-sı “Sigonella”da qalıb.

“Maryland” və “Michigan” Hava Milli Qvardiyalarına məxsus bu təyyarələrin ehtiyat hissələrinin mövcudluğundan asılı olaraq bir neçə həftə ərzində uçuşları bərpa edəcəyi gözlənilir.

“Maryland” Milli Qvardiyasının sözçüsü mayor Benyamin Huqhes bildirib ki, təyyarələrin tezliklə yola salınması planlaşdırılır.

Huqhes vurğulayıb ki, 5 təyyarənin təmirə ehtiyacı var, lakin transatlantik uçuşdan əvvəl bütün təyyarələr missiyaya tam uyğun olmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İtaliya  


Bizi "telegram"da izləyin