Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “The New Indian Express” hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistanın Cakartadakı səfirliyi İndoneziya Müdafiə Nazirliyindən 450 milyon dollarlıq potensial satınalma ilə bağlı məktub alıb.
Hindistan KİV-i qeyd edib ki, satınalmanı asanlaşdırmaq üçün Hindistan bankları ilə kredit sazişi üzərində işləyir.
Hər ikisi hökumətlərarası BRİKS təşkilatının bir hissəsi olduğundan, əməliyyat ölkələrin öz valyutaları ilə həyata keçirilə bilər.
Hindistan KİV-i bildirib ki, bu ayın sonunda prezident Prabovo Subiantonun Yeni Dehli səfəri zamanı bəyanat veriləcək.
Subianto hər il yanvarın 26-da Yeni Dehlidə keçirilən Hindistanın Respublika Günü tədbirinə baş qonaq kimi dəvət olunur.
Sevinc Əliyeva
Ordu.az