Ordu.az xəbər verir ki, Dendias ölkənin milli təhlükəsizliyi üçün uzunmüddətli strategiyanın hazırlanması prosesinin 2030-cu il Gündəliyi çərçivəsində həyata keçirildiyini bildirib.
Bu gündəliyin Yunanıstan tarixində ən böyük hərbi islahat olduğunu qeyd edən Dendias yeni strategiyanın yaradılmasının vacibliyini vurğulayıb.
Yunanıstanın müdafiə texnologiyalarına böyük sərmayələr qoymağa davam etdiyini bildirən nazir xaricdən satınalmalar yerinə yerli istehsala yönəlməyin vacibliyinə diqqət çəkib.
Bu kontekstdə o, “Kentauros” pilotsuz uçuş aparatı sisteminin uğurla sınaqdan keçirildiyini və dəniz parkında istifadə edildiyini bildirib.
O, həmçinin Yunanıstanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni strategiyanın həyata keçiriləcəyini və ölkənin raketdən müdafiə sistemləri ilə yeni bir antidron çətiri qurmağı planlaşdırdıqlarını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az