Patruşev: "Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır"

2021/08/nikol-1629349054.jpg
Oxunub: 442     16:43     14 Yanvar 2025    
Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Təhlükəsizlik Şurasının üzvü Nikolay Patruşev “Komsomlskya Pravda” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna üzrə danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan, Rusiya və ABŞ arasında aparılmalıdır.

Patruşev vurğulayıb ki, Moskvanın nə London, nə də Brüssellə müzakirə edəcəyi bir şey var.

Ukraynanın perspektivlərindən danışan Patruşev 2025-ci ildə onun mövcudluğuna tamamilə son qoyulacağını da istisna etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patruşev   Ukrayna   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin