Ordu.az xəbər verir ki, Zelenski verdiyi açıqlamada Rusiyada əsir saxlanılan ukraynalılarla dəyişdirilmələrini asanlaşdırması halında Kiyevin əsir saxlanılan Şimali koreyalı hərbi qulluqçuları Şimali Koreya lideri Kim Çen Ina təhvil verməyə hazır olduğunu deyib.
Rəsmi “X” hesabında açıqlama verən Zelenski qeyd edib: “İlkin Şimali koreyalı əsirlərə əlavə olaraq, şübhəsiz ki, daha çoxu olacaq. Qoşunlarımızın başqalarını ələ keçirməsi an məsələsidir”.
Qeyd edək ki, yanvarın 11-də Zelenski 2 Şimali Koreya hərbi qulluqçusunun Kursk bölgəsində əsir götürüldüyünü açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az