Ordu.az xəbər verir ki, “Abeche” Hərbi Bazasında keçirilən təhvil-təslim mərasimində bir çox Fransa və Çad rəsmisi iştirak edib.
Mərasimin ardından tərəflər Fransa hərbi qulluqçularının yerləşdiyi “Abeche” Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi müqaviləsini imzalayıblar.
Bazada olan 120 Fransa hərbi qulluqçusundan 90-ı ölkəni tərk edib, qalan hərbi qulluqçuların isə yanvarın 31-nə kimi ölkəni tərk etməsi planlaşdırılır.
Qeyd edək ki, Çad hökuməti 2024-cü il noyabrın 28-də Fransa ilə imzalanan, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az