Ordu.az xəbər verir ki, danışıqların əsas diqqəti Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsaitlərin mümkün istifadəsi və onların İtaliya istehsalı olan Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin, lazımi sursatların alınmasına yönəldilməsi olub.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hərbi avadanlıqların, xüsusən də HHM sistemlərinin təkmilləşdirilməsi üçün istifadə oluna bilər.
Danışıqlar zamanı İtaliya nümayəndə heyəti və Ukrayna rəsmiləri SAMP-T kimi əlavə İtaliya HHM texnologiyalarının, eləcə də müvafiq döyüş sursatlarının satın alınmasını müzakirə ediblər. İtaliyanın müdafiə portfelində olan bu sistem Fransa ilə əməkdaşlıq çərçivəsində artıq Ukraynada yerləşdirilib.
Həmçinin vurğulanır ki, bu vəsaitlərdən istifadə Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün daha geniş strategiyanın tərkib hissəsidir. Bu potensialın gücləndirilməsi Rusiya qüvvələrinin artan raket və pilotsuz uçuş aparatı təhlükələri qarşısında böyük əhəmiyyət kəsb edir.
Sevinc Əliyeva
Ordu.az