Almaniya NATO-nun Baltik dənizindəki müşahidə missiyasında iştirak edəcək

2024/02/1709097068.jpg
Oxunub: 448     14:20     14 Yanvar 2025    
Almaniya NATO-nun Baltik dənizində monitorinqin aparılması üzrə görəcəyi tədbirlərdə iştirak edəcək.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Helsinkidə jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Almaniya öz imkanlarından istifadə etməklə müşahidələrin aktivizasiyasında iştirak edəcək. Bunun mümkün olması üçün biz müvafiq ölçülər qəbul edəcəyik. Təbii ki, biz Baltik dənizində təhlükəsizliyə görə narahatıq... Baltik dənizində bir sıra ciddi insidentlər baş verib və bu, bizi elə narahat etməlidir də”, - deyə alman kansler söyləyib.

Kansler bildirib ki, Avropa ölkələrinin iqtisadi inkişafı üçün zəruri olan vacib infrastruktur obyektləri təhlükə altındadır.

Şolts hesab edir ki, həmin insidentlər “hibrid strategiyasının bir hissəsi” ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baltik   NATO   Almaniya  


Bizi "telegram"da izləyin