ADVENT MARTI ilə Türkiyə xüsusi missiya təyyarələrində proqram təminatçısı oldu

2025/01/1736846436.jpg
Oxunub: 508     12:19     18 Yanvar 2025    
Bu yaxınlarda HAVELSAN Sahil Mühafizəsi Komandanlığının hava gözü olan CN235 təyyarələri üçün yeni nəsil hava komanda-idarəetmə sistemi ADVENT MARTI-nı inteqrasiya edərək, mühüm bir addım atıb.

Ordu.az xəbər verir ki, aviasiya mütəxəssisi Uğur Kakaşçı bu xəbəri paylaşdıqdan sonra sistemin xüsusiyyətlərini qeyd edərək, HAVELSAN-ın “Thales”in AMASCOS, “Leonardo”nun ATOS, “Airbus”un FITS proqram təminatlarından əlavə Türkiyədə yerli proqram təminatı yaratmasına diqqət çəkib.

Beləliklə, ADVENT MARTI ilə Türkiyə xüsusi missiya təyyarələrində proqram təminatçısı olub.

Kakaşçı qeyd edib ki, Taktiki Komanda Sistemi xüsusi missiya təyyarəsində olan sensorların vahid mərkəzdən idarə olunmasını, əldə edilən məlumatların emal edilərək və birləşdirilərək, operatora təqdim edilməsini (missiya konsolları ilə), sensorların idarə edilməsini həyata keçirən proqram təminatıdır.

O bildirib ki, hər bir sensora orkestrdə alət kimi baxsaq, Taktiki Komanda Sistemi dirijordur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADVENT-MARTI   Türkiyə  


Bizi "telegram"da izləyin