Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
“Vilayət rəisindən soruşdum ki, Tavus vilayətində yuxarıda göstərilən kateqoriyalardan neçə ailənin mənzilə ehtiyacı var, bu problem nə vaxt və hansı vasitələrlə həll olunacaq?
Vilayət administrasiyasından cavab veriblər: “Tavus vilayətində ölmüş və ya əlil olmuş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün ərizə vermiş və qeydiyyata alınmış 83 ailədən ərizəmiz var. Qeyd olunan ailələrin mənzil problemləri Ermənistan hökumətinin müvafiq qərarları ilə müəyyən edilmiş qaydada Ermənistan Müdafiə Nazirliyinin müvafiq komitəsinin müsbət rəyinə əsasən və həmin il üçün dövlət büdcəsində nəzərdə tutulmuş, Ermənistan Müdafiə Nazirliyinə ayrılmış vəsait hesabına həll edilir”.
Ermənistanın dövlət büdcəsi müxtəlif yollarla israf edilir, ölmüş və əlil olmuş hərbi qulluqçuların ailələrinin mənzil problemləri illərdir həllini tapmır”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az