Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib

2025/01/1736403901.jpg
Oxunub: 513     10:12     09 Yanvar 2025    
Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

"Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib", - məlumatda bildirilib.

Qeyd edib ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır.

"Bunlardan biri hərbi əməliyyatlardır", - qəzet vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ordu   Suriya  


Bizi "telegram"da izləyin