Tramp: Bayden Ukrayna ilə bağlı danışıqlarda səhvlərə yol verib

2025/01/1736226482.jpg
Oxunub: 418     05:38     09 Yanvar 2025    
ABŞ prezidenti Cozef Bayden və onun administrasiyası Ukrayna ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın gələcək prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

“Çoxlu səhvlərə yol verilib. Baydenin necə danışıqlar apardığını eşidəndə düşündüm ki, bu, müharibə ilə bitəcək”, - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, Moskva mütəmadi olaraq Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatınının bir hissəsi olmamalı olduğunu deyirdi, lakin bir anda Bayden qərara gəldi ki, Kiyev NATO-ya daxil olmaq imkanı əldə etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Bayden   Ukrayna  


Bizi "telegram"da izləyin