“Rheinmetall” Ukrayna MN ilə HHM üçün razılığa gəlib

2025/01/1736325613.jpg
Oxunub: 1256     16:51     09 Yanvar 2025    
Almaniyanın müdafiə sənayesi istehsalçısı “Rheinmetall” 2024-cü il yanvarın 6-da Ukraynanın Müdafiə Nazirliyi ilə Ukraynanın Hava Hücumundan Müdafiəsi (HHM) üçün mühüm müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində “Rheinmetall” şirkəti “Gepard” özüyeriyən HHM sistemi üçün 180 min ədəd 35 mm-lik HEI-T sursatını tədarük edəcək.

2024-cü ilin dekabrında təsdiq edilən sifariş Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək.

Sursat xüsusi olaraq “Gepard” sisteminin Pilotsuz Uçuş Aparatlarına (PUA), qanadlı raketlərə və digər hava təhdidlərinə qarşı qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.

“Gepard” dəqiqədə 1100 atış edə bilən 2 ədəd “Oerlikon Contraves” 35 mm-lik topu təchiz edilib, PUA-lar və qanadlı raketlər kimi hədəfləri 5500 metrə qədər effektiv məsafədə yüksək dəqiqliklə məhv edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Ukrayna   MN   HHM  


Bizi "telegram"da izləyin