Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib

2025/01/1736312165.jpg
Oxunub: 502     07:40     08 Yanvar 2025    
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulacağı təqdirdə ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib.

Ordu.az xəbər verir ki, ABŞ-nin gələcək lideri həmin xəritəni öz “Truth” səhifəsində dərc edib.

Onun dərc etdiyi xəritədə Kanada və ABŞ eyni rəngə boyanaraq üzərinə Amerika Birləşmiş Ştatları yazılıb.

Qeyd edək ki, bundan əvvəl Tramp bir çox kanadalının öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini demişdi.

O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.

Kanadanın Baş naziri Castin Trüdo isə ölkənin ABŞ-nin bir hissəsi olması üçün ən kiçik bir şansın olmadığını deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kanada  


Bizi "telegram"da izləyin