Almaniya Aİ-yə Suriyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib

2025/01/1736311567.jpg
Oxunub: 359     00:40     08 Yanvar 2025    
Milad bayramına az qalmış Almaniya Suriyaya qarşı sanksiyaların qismən ləğvini təklif edən iki sənəd hazırlayıb Aİ-nin qalan ölkələrinə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, sənədlər Suriyanın yeni hakimiyyət orqanlarının sosial məsələlərdə, o cümlədən azlıqların müdafiəsi, silahların yayılmaması və qadınların hüquqlarına hörmətlə bağlı müsbət addımlar atması müqabilində sanksiyaların yumşaldılması mexanizmini təfərrüatlandırır.

Həmçinin hava nəqliyyatına və şəxsi aktivlərin hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyi qəzetə şərh verməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya     Suriya  


Bizi "telegram"da izləyin