Tramp yaxın altı ayda Putinlə danışıqlar aparmaq istəyir

2025/01/1736311439.jpg
Oxunub: 488     03:28     08 Yanvar 2025    
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Tramp bu görüşün rəsmi olaraq vəzifəyə başladıqdan sonra ilk altı ay ərzində baş verə biləcəyini söyləyib.

Siyasətçinin sözlərinə görə, danışıqların mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq: "Təkrar edirəm, müharibə başlamamalı idi. Sizi əmin edirəm ki, ABŞ Prezidenti mən olsa idim, savaş başlamazdı".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin