Ordu.az xəbər verir ki, Ukraynanın tankları və zirehli vasitələri üçün qəfəslər istehsal edən böyük metal və mədən şirkəti Ukraynanın yüksək səviyyəli HHM sistemlərindən ən azı birinə yeni zireh qoruma dəstini inteqrasiya etdiyini və daha çox istehsal həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Sözügedən zireh lövhələrinin inteqrasiya edilməsinin döyüş meydanından alınan dərslərdən qaynaqlandığı düşünülür.
Əvvəlcə Rusiya, sonra isə Ukrayna tərəfində görünən Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarına qarşı müəyyən səviyyədə qoruma təmin etmək üçün demək olar ki, bütün mexanikləşdirilmiş avadanlıqlara qəfəs və əlavə zireh əlavə edildiyi müşahidə edilir.
Bu kontekstdə görülən tədbirlərdə ən böyük faktorun kamikadze PUA-ları və onların törəmələrindən meydana gələn hücumların sahədə artan sayı olduğu müşahidə edilir.
TWZ-nin məlumatına görə, Ukraynaya hədiyyə edilən Qərb HHM sistemləri Rusiyanın əsas prioritet hədəfləri arasındadır. Bu baxımdan, sözügedən sistemlərə qarşı hücumlar müxtəlif növ ucuz başa gələn PUA-lar və daha təkmil “standoff” sursatları ilə həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az