SASAD Almanax: 2024-cü ilin dekabrında Türkiyənin əsas müdafiə sənayesi inkişafları (VİDEO)

2025/01/1735889269.jpg
Oxunub: 1453     10:16     18 Yanvar 2025    
SASAD 2024-cü ilin dekabrında Türkiyənin müdafiə sənayesində baş verən mühüm inkişafları hazırladığı almanaxla bir araya gətirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Hazırlanmış almanaxda aşağıdakı əsas başlıqlar yer alıb:

ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında təhlükəsizlik sistemləri və elektro-optik sistemlərin tədarükü müqavilələri imzalanıb.

ASELSAN radar, rabitə və elektro-optika sahələrində iki ayrı ixrac müqaviləsi imzalayıb.

Türkiyənin müdafiə və aviasiya sektoru 2024-cü ilin noyabr ayında 637 milyon dollarlıq ixracat həyata keçirib.

Milli müdafiə naziri Yaşar Gülər Müdafiə Sənayesinə Dəstək Fonduna müdafiə və təhlükəsizlik birlikləri üçün ayrılan vəsaitlər daxil edildikdə, 2025-ci ildə 1 trilyon 608 milyard lirə vəsaitin nəzərdə tutulduğunu bildirib.

Türkiyə Silahlı Qüvvələrinin inventarına tədarüklər davam edir.

HAVELSAN-ın Biometrik Kimlik Tanınma Sistemi Jandarma tərəfindən istifadə edilməyə başlayıb.

Milli Döyüş Təyyarəsi “Kaan”ın hər iki mühərrikində “afterburner” (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir-red.) sınaqları aparılıb.

“AEI Systems”in “Venom”u “Ejder Yalçın”a inteqrasiya edilib.

“SYS Grup” sabit artımını davam etdirir.

Türkiyənin müdafiə sənayesi şirkətləri Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024-də iştirak edib.

STM dünyanın ən böyük modelləşdirmə, simulyasiya və təlim tədbiri olan I/ITSEC-də iştirak edib.

Türkiyə rəsmiləri Ankaraya gələn “Eurofighter Typhoon” döyüş təyyarələrini yoxlayıblar.

“Türksat 6A”nın 2025-ci ilin birinci rübündə istifadəyə veriləcəyi bildirilib.

“BMS Savunma” Asiya qitəsinə “Kuzgun” və VTOL “Orhun-E” pilotsuz uçuş aparatları ixrac edir.

Türkiyə ilk dəfədir ki, Aİ və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edir.

“Kale Arge” adını “Kale Jet Motorları” olaraq dəyişdirib.

“Turbojet Mühərrikinin İnkişafı Layihəsinin Bağlanma Mərasimi” və “Mühərrik Layihələrinin Qiymətləndirilməsi Seminarı” keçirilib.

“Roboeye” Omanın UES şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Türkiyə ilə İspaniya arasında Reaktiv Təlim Təyyarəsi Layihəsi üçün anlaşma memorandumu imzalanıb.

Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi Layihəsi üçün imzalar atılıb.

AFAD ilə Türkiyə MSK arasında əməkdaşlıq protokolu imzalanıb.

“Pasifik Teknoloji” şirkəti “Titra” Türkiyə MSK ilə müqavilə imzalayıb.

ASELSAN-HAVELSAN və TUSAŞ milli müdafiə üçün birləşib.

Səudiyyə Ərəbistanı rəsmiləri Türkiyənin müdafiə şirkətləri ilə görüşüblər.

MKE yeni snayper tüfəngini elan edib.

ASELSAN termal görüntüləmə və sensor texnologiyaları üçün 40 milyon dollarlıq sərmayə qoyub.

Qətər üçün istehsal edilən hücum katerlərinin qayıqları xizəyə qoyulub.

SIPRI tərəfindən açıqlandığı kimi, ASELSAN, “Baykar” və TUSAŞ 2023-cü ildə ən çox silah və hərbi xidmət satan 100 ən yaxşı müdafiə sənayesi şirkəti arasında yer alıb.

Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar” İtaliyanın aerokosmik nəhəngi “Piaggio Aerospace”in yeni sahibi olacaq.

“Hürkuş 2” Yeni Nəsil Təlim Təyyarəsi ilk uçuşunu 2024-cü il dekabrın 30-da uğurla həyata keçirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SASAD  


Bizi "telegram"da izləyin