ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib

2025/01/1735885288.jpg
Oxunub: 1019     10:04     03 Yanvar 2025    
ABŞ Dövlət Departamenti Yaponiyaya 3,64 milyard dollara 1,2 min ədəd “AIM-120D-3” və “AIM-120C-8” orta mənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasında bildirilib ki, Yaponiya hökuməti 1,2 minə qədər “AIM-120” (D-3/C-8) qabaqcıl orta mənzilli “hava-hava” raketlərinin və lazımi avadanlıqların alınmasına dair sorğu göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin