Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarlayıb

2025/01/1735881320.jpg
Oxunub: 463     08:52     03 Yanvar 2025    
Tayvanın silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun adaya yaxınlaşan 24 təyyarəsi və 7 gəmisini qeydə alıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Tayvanın hərbi idarəsi “X”də bildirib.

"Yerli vaxtla saat 06:00-a qədər Tayvan ətrafında Çin Hərbi Dəniz Qüvvələrinin 24 təyyarəsi və 7 gəmisi aşkar edilib", - məlumatda deyilir.

Qeyd edilir ki, onlardan 18-i orta xətti keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. "Biz vəziyyəti izlədik və buna uyğun reaksiya verdik", - məlumatda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin