Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib

2023/12/1703566334.jpg
Oxunub: 615     19:52     29 Dekabr 2024    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş ölkə vətəndaşlarını təltif edib.

Ordu.az-ın məlumatına görə, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qzaxıstan vətəndaşı həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Qazaxıstan  


Bizi "telegram"da izləyin