Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddigünlük matəm elan edilib

2024/12/1735474766.jpg
Oxunub: 524     16:04     29 Dekabr 2024    
Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar yeddigünlük milli matəm elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Matəm bu gündən başlayaraq şənbə günü gecəyarısına qədər davam edəcək.

"Çxve San Mok bazar günü ən azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar milli matəm elan edib. İki nəfər hələ də itkin düşmüş hesab olunur", - onun dəftərxanasından bildirib.

Qeyd olunur ki, bu bəyanat Cənubi Koreyanın cənub-qərbindəki Muan rayonundakı hava limanında 181 sərnişin daşıyan təyyarənin məcburi eniş edərək partlamasından bir neçə saat sonra keçirilən təcili iclasda verilib.

"Bu faciədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz həlak olanların ailələrinə dəstək olacaq və yaralılara tibbi yardım göstərəcəyik", - Ç.Mok bildirib.

O, müvafiq qurumlara avadanlıq, personal və infrastruktur da daxil olmaqla bütün mövcud resursları səfərbər etməyi tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin