Selçuk Bayraktar paylaşdı! Tarazlıqları dəyişdirəcək “Kemankeş” gəlir

2024/12/1735460831.jpg
Oxunub: 654     14:16     29 Dekabr 2024    
Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “Milli Texnologiya Həmləsi” vurğusu ilə “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) “Kemankeş” mini ağıllı qanadlı raket atış sınağı haqqında video paylaşıb.

Ordu.az xəbər verir ki, Türkiyənin qürurlu şirkətlərindən biri olan “Baykar” tərəfindən milli və yerli olaraq hazırlanmış “Kemankeş” mini ağıllı qanadlı raketinin sınaq prosesi uğurla davam edir.


“Bayraktar TB2” zərbə PUA-sı “Bayraktar Kemankeş 1” mini ağıllı qanadlı raketi ilə uğurlu atış sınağı həyata keçirib.

“Kemankeş 1” strateji hədəflərə qarşı istifadə üçün hazırlanıb. “Kemankeş 1” adını ən çətin şəraitdə belə oxlarla hədəfi dəqiq vuran oxatanlardan alır.

“Kemankeş 1” “Bayraktar Akıncı”, “Bayraktar TB2” və “Bayraktar TB3” zərbə PUA-larından buraxıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Baykar  


Bizi "telegram"da izləyin