“Alka” hava və yerüstü hədəfləri məhv edir - VİDEO

2024/12/1735460557.jpg
Oxunub: 716     14:38     29 Dekabr 2024    
ROKETSAN tərəfindən hazırlanmış “Alka” lazer silah sistemi təkcə Pilotsuz Uçuş Aparatı (PUA) təhlükələrini aşkar edib məhv etmir, həm də ən müasir texnologiyası ilə sabit qanadlı PUA-ları və yerüstü hədəfləri zərərsizləşdirir.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən hazırlanmış “Alka lazer silah sistemi dron və sabit qanadlı PUA təhlükələrinə qarşı təsirli bir qüvvədir.

2023-cü ildən etibarən inventarda olan “Alka” hərbi bazaların və kritik obyektlərin qorunmasında mühüm rol oynamağa davam edir.

8 kilometrdən təsbit edən və 1 kilometr yarımdan PUA-ları məhv edən “Alak” aşkarlama radarı sayəsində sürü PUA-larına qarşı da müdafiə təmin edə bilir.

ROKETSAN “Alka”nın inkişafı üçün səylərini davam etdirir. Son olaraq birdən çox “Alka” ilə hədəfləri nişan alma sınaqları həyata keçirilib.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Alka  


Bizi "telegram"da izləyin