Ordu.az xəbər verir ki, qiyməti 1,38 milyard dollardan 2,07 milyard dollara qədər olan tenderdə NATO üzvü Rumıniya üçün təkmil müdafiə imkanları axtarılıb.
“LIG Nex1” təqribən 4,2 milyon ABŞ dolları məbləğində məcburi 1% təklif depoziti üçün qəbz təqdim etməyib və bu onların tenderdən kənarlaşdırılması ilə nəticələnib.
Şirkət tender görüşləri zamanı qeyri-bərabər rəftar gördüyünü iddia edib.
MBDA və “Diehl Defence” kimi rəqiblərin 4 nəfərdən ibarət nümayəndə heyəti olduğu halda, “LIG Nex1” tender qaydalarına əsasən yalnız 2 nümayəndə ilə məhdudlaşıb.
Sevinc Əliyeva
Ordu.az