Təyyarə qəzasında həlak olan kapitanın nəşi ailəsinə təhvil verilib

2024/12/1735447195.jpg
Oxunub: 511     06:04     29 Dekabr 2024    
Bu gün Bakıya gətirilən Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş hava gəmisinin kapitanı İqor Kşnyakinin nəşinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsində məhkəmə-tibbi müayinəsi aparılıb.

Ordu.az xəbər verir ki, müayinədən sonra mərhum kapitanın meyiti xüsusi ayrılmış avtomobillə ailəsinə təhvil verilib.

Qeyd edək ki, Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aktau   Qəza   Kapitan  


Bizi "telegram"da izləyin