“Oreshnik” raketinin rus istehsalçıları Qərb avadanlıqlarından istifadə etmiş ola bilər

2024/12/1735369372.jpg
Oxunub: 620     12:32     03 Yanvar 2025    
“Oreshnik” super raketinin rus istehsalçıları Qərb avadanlıqlarından istifadə etmiş ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Vladimir Putinin ötən ay Ukraynaya qarşı atdığı eksperimental “Oreshnik” raketi hələ də qabaqcıl Qərb istehsal avadanlıqlarına arxalanan Rusiya şirkətləri tərəfindən hazırlanıb.

Ukrayna kəşfiyyatının “Oreshnik” raketinin yaradıcısı kimi adlandırdığı Rusiyanın iki ən yaxşı silah mühəndisliyi institutu Almaniya və Yaponiya şirkətlərinin istehsal etdiyi metal emalı sistemləri ilə tanış olan işçilər üçün elan verib.

“Financial Times”ın izlədiyi Moskva Termal Texnologiya İnstitutunun və “Sozvezdie”nin iş elanları Qərbin sanksiyaları altında Kremlin döyüş maşınının xarici texnologiyadan nə qədər asılı olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oreshnik   Qərb  


Bizi "telegram"da izləyin