A400M nəqliyyat təyyarələrinin texniki qulluq, təmir və yeniləmə işləri Türkiyədə həyata keçirilir

2024/12/1735292826.jpg
Oxunub: 497     16:36     17 Yanvar 2025    
Türkiyə müdafiə sənayesinin mühüm aktorlarından biri olan ASFAT A400M “Retrofit” Layihəsi çərçivəsində əhəmiyyətli bir müvəffəqiyyətə imza atır.

Ordu.az xəbər verir ki, ASFAT-ın əsas podratçısı olduğu layihə çərçivəsində “Koca Yusuf” kimi də tanınan A400M nəqliyyat təyyarələrinin texniki qulluq, təmir və yeniləmə işləri “Airbus” obyektlərindən kənarda dünyada ilk və tək olaraq Türkiyədə həyata keçirilir.

ASFAT-ın həyata keçirdiyi işlər Türkiyənin aviasiya və müdafiə sənayesindəki səlahiyyətlərini bir daha ortaya qoyur.

Layihə Türkiyənin strateji müdafiə sənayesi hədəflərinə uyğun olaraq yerli və milli imkanların inkişafına töhfə verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   A400M  


Bizi "telegram"da izləyin