Ordu.az xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat verib.
Qurumun məlumatına görə, dekabrın 26-sı gecə Pakistan hərbçiləri Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarında ekstremistlərdən təmizləmə əməliyyatları həyata keçiriblər. Hədəf ölkədə yasaqlanmış “Fitna əl-Xəvaric” (əvvəllər “Təhrik-i-Taliban Pakistan” kimi tanınırdı) qruplaşmasının döyüşçüləri olub.
Toqquşmalarda 13 terrorçunun məhv edildiyi, 16 nəfərin yaralandığı və bir hərbçinin həlak olduğu bildirilib.
Ordu.az