Putin: "Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır"

2024/12/1734611347.jpg
Oxunub: 537     21:27     26 Dekabr 2024    
Ukraynalılar Rusiya qazının tranzitini bağlamaqla Avropanı “cəzalandırırlar”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Leninqrad vilayətində Avrasiya İqtisadi İttifaqının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Ukrayna ərazisindən tranzitin dayandırıldığı üçün Avropada qazın qiymətinin artacağına əmin olduğunu söyləyib.

"Artıq yeni ilə bir neçə gün qalmış Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqavilə bağlamaq mümkün olmayacaq. Rusiya istənilən kontragentlə müqavilə əsasında Ukrayna ərazisindən qaz tədarük etməyə hazırdır. Lakin Kiyevin iddiası qarşısında bu mümkün deyil. Rusiya Polşa vasitəsilə Avropaya qaz tədarük etməyə hazırdır. Tək şey düyməni basmaqdır”, - deyə Putin vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin