Ordu.az xəbər verir ki, “Rheinmetall BAE Systems Land” (RBSL) tərəfindən verilən açıqlamada “Challenger 3” əsas döyüş tankının kütləvi istehsaldan əvvəlki 3 və 4 nömrəli tanklarının səhra sınaqları üçün Britaniya ordusuna təhvil verildiyi açıqlanıb.
Bundan əlavə, açıqlamada qeyd olunub ki, sınaqlarda istifadə olunmaq üçün yaxın vaxtlarda daha 4 ədəd kütləvi istehsaldan əvvəlki tank təhvil veriləcək.
Sözügedən sahə sınaqlarında tankların performanslarını yoxlamaq və istismar şəraitində davamlılığını təmin etmək üçün ciddi və çətin sınaq planına məruz qalacağı bildirilib.
Bu baxımdan Britaniya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, 2027-ci ildə xidmətə daxil olacağı gözlənilən “Challenger 3” ən azı 2040-cı ilə qədər xidmətdə qalacaq.
Sevinc Əliyeva
Ordu.az