Çin çoxlu sayda kamikadze PUA-sı sifariş edir

2024/12/1735195710.jpg
Oxunub: 544     11:37     03 Yanvar 2025    
Çinin Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı hökumətdən təxminən bir milyon ədəd yüngül sinfə məxsus kamikadze PUA-sı üçün böyük bir sifariş aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Çinin pilotsuz uçuş sistemlərinə marağı günü-gündən artır.

Bu sahəyə qoyulan son investisiyalar və Çin istehsalçısı “Poly Technologies”in imzaladığı rekord müqavilə Çinin PUA-larını müasir müharibə strategiyalarına inteqrasiya etmək səylərinin nə qədər ciddi olduğunu göstərir.

“Poly Technologies” nümayəndəsi açıqlamasında qeyd edib: “Hal-hazırda hökumətimiz üçün bir milyona yaxın PUA sifarişimiz var və tələbi ödəmək üçün digər müştəriləri geri çevirmək məcburiyyətindəyik”.

Sözügedən PUA-ların spesifik növü və ya texniki xüsusiyyətləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Çin  


Bizi "telegram"da izləyin