Şimali Koreya raket istehsalında tam gücə çatıb - HESABAT

2024/12/1735106629.jpg
Oxunub: 517     16:02     03 Yanvar 2025    
Şimali Koreya Rusiyaya tədarük etdiyi artilleriya sursatlarının istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşrinin “Airbus” peyk görüntülərinə əsaslandığı hesabatda qeyd olunub.

Hesabata görə, Şimali Koreyanın istehsal gücünə həm öz ordusu, həm də Rusiya ordusunu dəstəkləmək üçün silah istehsalında istifadə edilən təxminən 200 sursat fabriki daxildir.

Hesabata əsasən, Şimali Koreya son vaxtlar nəinki istehsal gücünü genişləndirib, həm də Rusiyaya silah-sursat tədarükünü xeyli artırıb.

ABŞ rəsmiləri və kəşfiyyat analitiklərinin bildirdiyinə görə, Rusiya Şimali Koreyadan 1 milyon 122 mm və 152 mm-dən çox artilleriya mərmisi alıb.

Peyk görüntüləri də qısa mənzilli ballistik raket istehsalı kompleksinin genişləndirilməsini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Raket  


Bizi "telegram"da izləyin