Litva 44 ədəd “Leopard” 2A8 tankı alacaq

2024/12/b7-17-1735021756.jpg
Oxunub: 491     16:57     29 Dekabr 2024    
Litva Almaniyanın KNDS şirkəti ilə imzalanan 950 milyon avroluq müqavilə çərçivəsində 44 ədəd “Leopard” 2A8 əsas döyüş tankı satın alır.

Ordu.az xəbər verir ki, 2024-cü il dekabrın 19-da elan edilən saziş Litvanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də ölkə tarixində ilk dəfə olaraq tank bölməsinin yaradılmasına şərait yaradır.

Bu hərəkəti ilə Litva “Leopard 2” platformasından istifadə edən 23-cü ölkə kimi önə çıxır.

Litva Müdafiə Materialları Agentliyi (DMA) tərəfindən imzalanmış müqavilə Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək üzrə Federal İdarəsi (BAAINBw) vasitəsilə rəsmiləşdirilib.

Müqaviləyə tanklardan əlavə, hərtərəfli ehtiyat hissələri və logistik dəstək də daxildir. Satın alınan paketlə Litva yeni zirehli qüvvələrinin illər boyu effektiv xidmət göstərməsini təmin edəcək.

Litva alacağı “Leopard” 2A8-lərlə yüngül zirehli vasitə və piyada qoşunlarına əsaslanan müdafiə qüvvələrini müasir döyüş şəraitinə uyğunlaşdırmağı planlaşdırır. Bundan əlavə, müqavilə Litva üçün hərbi potensialda sıçrayış deməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leopard   Litva  


Bizi "telegram"da izləyin