Nazirlik: Çin Tayvanın silahlanması ilə bağlı ABŞ-a etiraz edib

2024/10/1728453293.jpg
Oxunub: 610     09:36     22 Dekabr 2024    
Çin Amerika administrasiyasının Tayvan adasına silah satmaq qərarı ilə bağlı narazılığını bildirir və ABŞ-a təqdimat göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

“ABŞ yenidən Çinin Tayvan bölgəsinə hərbi yardım edir və silah satır. Bu, vahid Çin prinsipini, eləcə də Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozur. Çin kəskin narazılığını bildirir, qəti şəkildə qarşı çıxır və dərhal ABŞ-a ciddi təqdimat göndərib” – bununla bağlı Çin Xarici İşlər Nazirliyinin saytı onun nümayəndənin sözlərinə istinadən xəbər verir.

Xarici İşlər Nazirliyi Amerikanın adaya hərbi yardımının Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin