Kamçatkada üç gün öncə radarlardan itmiş təyyarə tapılıb

2024/12/75757-1734843740.jpg
Oxunub: 711     06:42     22 Dekabr 2024    
Rusiyanın Kamçatka diyarında üç gün öncə radarlardan itmiş An-2 təyyarəsi tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, hava gəmisinin göyərtəsində olan hər kəs sağdır. Onlar Mi-8 helikopteri ilə ərazidən təxliyə ediliblər.

Xatırladaq ki, dekabrın 19-da Lebedev yükdaşıma həyata keçirən An-2 təyyarəsinin radarlardan yoxa çıxdığını elan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamçatka   Təyyarə  


Bizi "telegram"da izləyin