Ordu.az xəbər verir ki, bu barədə AFP təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat verib.
Ekstremistlər Bandiaqara rayonunda Burari, Madina, Bangel-Tupe-Singel, Qaza, Massasege və Sonfunu yaşayış məntəqələrinə hücum ediblər. Silahlılar həmçinin yaşayış binalarını və taxıl anbarlarını yandırıblar.
AFP-nin məlumatına görə, kənd sakinləri arasında çoxlu yaralı var. Yerli hakimiyyət orqanlarına görə, döyüşçülərin həmlələri “xaos yaratmağa yönəlib”.
Mali iqtidarı ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlanıb. O vaxtdan bəri ölkə böhran durumundadır, ilk növbədə təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində.
Ordu.az