ABŞ Yəməndə husilərin komandanlıq məntəqələrinə hücum etdiyini təsdiqləyib

2024/10/1729312561.jpg
Oxunub: 660     02:15     22 Dekabr 2024    
ABŞ Mərkəzi Komandanlığı Yəmənin paytaxtı Sənada husilərə məxsus komanda-nəzarət məntəqələri və raket anbarlarına hava zərbəsi endirdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının “X” hesabında məlumat verilib.

Məlumata görə, zərbə endirilən bina Husilərin Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə və ticarət gəmilərinə hücumları üçün əsas koordinasiya mərkəzidir.

Mərkəzi Komandanlıq qüvvələri həmçinin Qırmızı dəniz üzərində bir neçə pilotsuz uçuş aparatını və gəmi əleyhinə qanadlı raketi vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin