Tatarıstan rəhbəri: "Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub"

2024/12/1734797715.jpg
Oxunub: 575     20:04     21 Dekabr 2024    
Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib.

Ordu.az xəbər verir ki, bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.

Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.

Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatarıstan   PUA   Kazan  


Bizi "telegram"da izləyin