İranda sərnişin avtobusu dərəyə aşıb, 10 hərbçi həlak olub

2024/12/1734797601.jpg
Oxunub: 546     19:43     21 Dekabr 2024    
İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın "Tasnim News" agentliyi məlumat yayıb.

Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.

“Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, - regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.

Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Avtobus  


Bizi "telegram"da izləyin