Ordu.az-ın məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Məlumata əsasən, raket ABŞ Sakit Okean vaxtı ilə saat 03:34-də Kaliforniyadakı Amerikanın Vandenberq Kosmik Qüvvələri bazasında yerləşən "SLC-4E" buraxılış meydançasından buraxılıb.
"Bandwagon-2" missiyası çərçivəsində orbitə 29 kommersiya peyki, eləcə də Cənubi Koreya hökumətinin 30-50 sm ölçüsündə təsvirləri qəbul edə bilən optik-elektron kəşfiyyat qurğusu göndərilib.
Ordu.az