Çin MN: ABŞ Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün əlindən gələni edir

2024/12/1734791581.jpg
Oxunub: 561     17:56     21 Dekabr 2024    
ABŞ Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün maksimum səy göstərir.

Ordu.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi Çjan Syaoqan Pentaqonun Çinin hərbi gücü haqqında hesabatına münasibət bildirərkən deyib.

“Pentaqonun hesabatında Çinin milli müdafiə siyasəti yanlış şərh edilir, ölkənin daxili işlərinə kobud müdaxilə olunur. Üstəlik, Pentaqon bu hesabatla “Çin təhlükəsi” haqqında narrativ yayaraq Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün əlindən gələni edir. Biz bununla bağlı dərin narazılığımızı və qəti etirazımızı bildiririk”, - o qeyd edib.

Xatırladaq ki, dekabrın 18-də Pentaqon Çinin hərbi gücünə dair illik hesabat dərc edib. Sənəddə qeyd olunub ki, Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin