ROKETSAN: Zərbə PUA-larına ballistik raketlərin quraşdırılması mərhələsinə gəlirik

2024/12/1734775856.jpg
Oxunub: 668     17:47     21 Dekabr 2024    
“ROKETSAN-da 5 mindən çox işçi var”.

Ordu.az xəbər verir ki, bunu ROKETSAN Baş direktoru Murat İkinci deyib.

İkinci işçilər arasında 2 min adamın “Ar-Ge” fəaliyyətində iştirak etdiyini deyib.

İkinci ROKETSAN-ın öz personalı ilə “Ar-Ge” baxımından bütün ehtiyaclarını ödəyən bir qurum olduğunu, texnologiya sahəsindəki bilik və təcrübə səviyyələri ilə dünya ilə rəqabət apara biləcək insan resursuna sahib olduqlarını vurğulayıb.

Təhdidlər davamlı olaraq inkişaf etdiyi üçün “Çelik Kubbe”nin bitəcək bir layihə olmadığını vurğulayan İkinci sistemin yeni təhdidlərə uyğun olaraq imkanlarını daim təkmilləşdirəcəyini deyib.

“Bizə verilməyən sistemlərdən daha yaxşı sistemləri həyata keçirə bilən Türkiyə müdafiə sənayesi var”, - deyə ROKETSAN Baş direktoru vurğulayıb.

İkinci qeyd edib ki, onların növbəti hədəfi daha uzun mənzilli, daha böyük çaplı silah sistemlərini zərbə tipli Pilotsuz Uçuş Aparatlarına (PUA) inteqrasiya etməkdir.

“Hədəfimiz balistik raketlərimizin müxtəlif versiyalarını inteqrasiya etmək və Türkiyənin bu mənada zərbə gücünü, yəni zərbə PUA-larının mənzilini və gücünü artırmaqdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   PUA  


Bizi "telegram"da izləyin