Abdurrahim Karadeniz/ Yazıçı
Türkiyədə istehsal olunan, inkişaf etdirilən hava vasitələri və Hava Hücumundan Müdafiə (HHM) sistemləri müxtəlif coğrafiyalardakı müharibələrin gedişatını və istiqamətini dəyişir. Ona görə də mümkün müharibələrin strategiyaları və avadanlıqları da dəyişir. Türkiyə yeni ruh və dinamizmlə bu dəyişikliyin mərkəzindədir. Türkiyənin əldə etdiyi səviyyə həyəcan və həvəslə qarşılanır.
Proses həqiqətən sürətlə gedir. Bu günlərdə qəzetlərdə çıxan “Türkiyə səmaya sədd çəkir” başlıqlı xəbərlərdən Türkiyənin bütün ölkəni əhatə edəcək yeni bir HHM sistemi qurma mərhələsinə gəldiyini öyrənirik.
Xəbərlərdə Türkiyənin yeni qoruyucusu kimi göstərilən “Polad Günbəz”in (Çelik Kubbe) bütün ölkəni hava hücumlarına qarşı qoruyacaq sistem olduğu ifadə edilir, bu birləşmədə HHM raket sistemi “Sungur” (qızılquşa bənzəyən, yırtıcı quş), HHM raket ailəsi “Hisar” (qapalı yer, sığınacaq), uzun mənzilli regional HHM sistemi “Siper” (qorunulacaq, arxasına, altına və ya içərisinə daxil olaraq gizləniləcək yer) və lazer sistemi ilə təkmilləşdirilmiş “Alka”nın (bitirici, məhvedici) yer alacağı (“Akşam”, 15/09/2024) bildirilir.
“Agamemnon” adı təsadüfi deyildi
Təəssüf ki, sosial elmlər və sosial elmlər üzrə mütəxəssislər son illərdə elm və mühəndislik sahələrində əldə olunan səviyyə ilə ayaqlaşa bilmirlər. Halbuki bir sivilizasiya hər sahədə bütöv bir sıçrayış və ya çöküş yaşayır. Bu kontekstdə Memar Sinan (1490-1588) və Baki Əfəndi (1526-1600) və s. şəxslərin eyni yaşda, eyni şəhərdə yaşamaları təsadüfi deyil.
Yunanlar, romalılar və ərəblər dilin sivilizasiyanın əvəzsiz xəbərçisi olduğuna inandıqları halda (Mədəni Miflər, William F. McCants, İthaki, s. 13, İst. 2012), bugünkü “Qərb” də eyni şüurla reallığı oxuyur. Məhz buna görə də Osmanlı İmperiyasının sonunu gətirən Mudros müqaviləsinin “Agamemnon” (Troya müharibəsində yunanların baş komandanı, mifoloji qəhrəman) adını qoyduqları kiçik bir gəmidə imzalanması heç vaxt təsadüf sayıla bilməz.
Təbii ki, sivilizasiyaların mənbəyi və xəbərçisi dildir. Bu halda texnoloji kəşflər, ixtiralar, sıçrayış və inkişafın göstəricisi olan qurğu, alət və məhsullar təbii olaraq doğulduğu mədəniyyətin kodunu daşıyır/daşmalıdır. Çünki istehsal olunan şey texnoloji də olsa, davam edən bir sıra mədəniyyət kodlarının məhsuludur və istehsal olunduğu mədəniyyətin fonunu təşkil edir, istehlakçını onu yaradan sistemə bağlayır.
“Qərbin elmini götürək” dilemması
Osmanlı İmperiyasının son dövründə mühafizəkarların “Qərbin elmi və texnologiyasını götürək” tezisinin dilemmasını düşünək. Zehni və texnoloji əmək və səylə yeni doğulan hər şey öz funksiyası, işarəsi, simvolu və adı ilə doğulduğu kontekstin yeni uzantısı, cari formasıdır. O şey özünü var edən dinamizmin, enerjinin, yəni mədəniyyətin gələcəyə sıçrayışıdır. Türk dilinin minlərlə illik yığılması saysız-hesabsız gənc, qoca, döyüşçü, komandir, sobaçı, çoban, şair, yazıçı və övliyalara bilik, təcrübə və mərifətlə dolu nəhəng bir arxiv, çoxlu sayda mənəvi, əqli, bədii və elmi əsərlər təqdim edir.
“Akıncı”, “Alka”, “Anka”, “Hisar”, “Siper”, “Sungur” kimi adlarla texnoloji məhsulu öz korpusuna əsaslanaraq çox yaxşı kodlayan diqqət eyni düşüncə və kodlaşdırma tərzini öz səmasına sədd çəkərkən də edə bilər. Etməlidir. Dil sadəcə qrammatik qaydalar və lüğətlər toplusu deyil. Bu, sözün əsl mənasında insan ruhunun kristallaşdığı yerdir. Dil mədəniyyətin ruhunu meydana gətirən vasitədir. Bu, düşüncənin dönüş nöqtəsidir, mənəvi imkanların yaratdığı bir ekosistemdir (Yol Bilənlər, Wade Davis, s. 12, Kolektif Kitap, İst. 2020).
Türkiyə səmaya sədd çəkəcəksə, bu sistemin, səddin adını ölkənin öz ekosistemində axtarmaq lazımdır. Bu baxımdan yüz illər boyu türk dilində danışan hər kəsə dərindən təsir edən və çoxlu variantları olan Oğuz xaqan dastanında Oğuz xaqan olduqdan sonra uyğurlara toy verir və həmin toyda belə deyir:
men sin-lerge boldum kagan, / mən sizlərə xaqan oldum
alalıng ya dakı kalkan, / götürək bir yay və hətta qalxan
damga biz-ge bolsun buyan, / nişan olsun bizə buyan
kök böri bolsun-gıl uran; / Səmanın uğultusu döyüş fəryadınız (olsun)
demür çıdalar bol orman, / Dəmir qarğıları bol meşə
av yirde yürüsün kulan, / Ovlar yerlərdə yerisin
dakı daluy, dakı müren, / Daha çox dəniz, daha çox çay
kün duğ bol-gıl, kök kurıkan / Günəş bayraq (ımız), səma çadır (ımız) olsun.
(Oğuz xaqan dastanı, W. Bang/G. R. Rahmeti, s. 16/17, İst. 1936)
“Səma çadırımız olsun”
Son iki sətirlə Türk dünyası hökmranlığının ifadə edildiyi bu mətndə “səma çadırımız olsun” ifadəsindəki qoruyucu/çadır anlamına gələn “kurıkan” sözündən “korugan” şəklində hələ də Türkiyənin ordu ədəbiyyatında termin kimi istifadə edilir. Həmin mətndə Oğuzun qurdla qarşılaşmasının təsvir olunduğu hissədə “kurıkan” sözü çadır mənasında işlənir:
“Kırık kündün song muz day degen dağnung adakığa keldi. Kurıkanın düşkirdi, Ģük bolup uyup durdı. Çang irde boldukda oğuz kağanung kurıkanığa kün deg bir çaruk kirdi. Ol çarukdın kök dülüklüg, kök calluğ bedik bir irkek böri çıkdı. Ogul böri oğuz kağanğa söz birip durur irdi. Dakı dedi, kim: ay ay, oğuz, urum üsdige sen adlar bola sen: ay ay, oğuz, dapukunglarğa men yürür bola men dep dedi. (Qırx gündən sonra Muz Tağ adlı bir dağın ətəyinə gəldi. Çadırını qurdu və sakitcə yatdı. Sübh açılanda, Oğuz xaqanın çadırına günəş kimi bir nur daxil oldu. O işıqdan göy kürklü və göy yallı iri bir erkək canavar çıxdı. Bu canavar Oğuz xaqana müraciət edərək dedi: “Ey Oğuz, sən Uruma yürüş etmək istəyirsən. Ey Oğuz, mən sənin önündə getmək istəyirəm” (Türk hekayə ənənəsində qəhrəman, mifologiya və hakimiyyət əlaqəsi, Evrim Ölçer Özünel, doktorluq dissertasiyası, Yök Tez, 2010).
Əgər Türkiyə səmaya sədd çəkəcəksə, bu sədd/sistemin adının “Dəmir Günbəz”i xatırladan “Gök Kubbe”, “Çelik Kubbe” kimi sözlərlə yox, “Akıncı”, “Alka”, “Anka”, “Hisar”, “Siper”, “Sungur” adlar sisteminin tamamlayıcı adı olaraq “Korugan” ilə olması aşağıdakı məsələr baxımından daha münasib olacaq:
a) mədəni irs,
b) tarixi dərinlik,
c) “Korugan”ın tək söz olması,
d) sözün mənası,
e) sözün orijinallığı.
Əgər Türkiyə səmaya sədd çəkəcəksə, bu səddin adının “korugan” (qoruyucu) olması Türkiyə Əsrinə və ölkənin ekosisteminə çox yaraşacaq.
Sevinc Əliyeva
Ordu.az