Peskov Almaniya kanslerinin Moskvaya səfəri məsələsinə aydınlıq gətirib

2024/12/1734720321.jpg
Oxunub: 739     00:14     21 Dekabr 2024    
Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilən Almaniya kansleri Olaf Şolts sülh missiyası ilə Moskvaya gələ bilər.

Ordu.az xəbər verir ki, bu haqda “Der Spigel” jurnalı məlumat verib və bildirib ki, Şoltsun özü hələ məsələ ilə bağlı heç nə vəd etməyib.

Nəşrin yazdığına görə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri qəti əmindirlər ki, kansler yaxın günlərdə Moskvaya sülh missiyası ilə gedəcək.

Bu məlumat Xristian Demokrat İttifaqı (XDİ) partiyasının bəzi üzvləri tərəfindən deyilib.

Məsələyə aydınlıq gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Almaniyadan Şoltsun ​​mümkün səfəri ilə bağlı heç bir açıqlama və ya təklif almadıqlarını deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Almaniya  


Bizi "telegram"da izləyin