KİV: ABŞ nümayəndə heyəti Suriya hakimiyyəti ilə sanksiyaların ləğvini müzakirə edib

2024/12/1734710482.jpg
Oxunub: 525     19:48     20 Dekabr 2024    
ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın "Əl-Vətən" qəzeti məlumat yayıb.

ABŞ diplomatlarından ibarət qrup bu gün Dəməşqə rəsmi səfərə gəlib. Qrupa bu yaxınlarda Suriya üzrə baş məsləhətçi təyin edilmiş Daniel Rubinşteyn, ABŞ-ın Yaxın Şərq məsələləri üzrə dövlət katibi Barbara Lif və ABŞ Prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Rocer Karstens daxildir.

"Amerika nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə ölkə xalqına qarşı sanksiyaların, o cümlədən "Sezar aktı"nın ləğv edilməsi, həmçinin "Həyət Təhrir əş-Şam"ın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı məsələləri müzakirə edib", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin