Norveç Ukraynaya hərbi yardımın bir hissəsini maliyyələşdirəcək

2024/12/1734708562.jpg
Oxunub: 601     19:14     20 Dekabr 2024    
Norveç Ukraynaya hərbi yardım üçün vəsait ayıracaq və maliyyələşdirmə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbərliyi altında Ukrayna üçün Beynəlxalq Fond vasitəsilə həyata keçiriləcək.

Ordu.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Norveç hökuməti Ukraynaya beynəlxalq yardım paketi üçün təxminən 232,5 milyon dollar ayıracaq.

Bu vəsaitin təxminən 115 milyon dolları Ukraynanın hərbi-dəniz qüvvələrinin gücləndirilməsi üçün avadanlıqlara, 85 milyon dollara qədəri hava hücumundan müdafiə vasitələrinə, təxminən 32,5 milyon dolları isə əvvəllər Ukraynaya tədarük edilmiş kritik əhəmiyyətli sistemlər üçün ehtiyat hissələri və dəstəyin təmin edilməsinə yönəldiləcək.

"Ukraynada müharibə davam edir və hərbi texnikaya ehtiyac kritik olaraq qalır", - Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin